Quba rayonunda yağıntılı hava şəraiti davam edir.
Gecə saatlarından başlayan yağış səhər saatlarına qədər davam edib.
Avqustun 16-na olan son məlumata görə, Qudyal çayında su sərfi saniyədə 8 kubmetr, Qaraçayda 7 kubmetr, Vəlvələçayda 5 kubmetrdir.
Cağacuqçay, Ağçay və Quruçayda isə su sərfi saniyədə 0,5 kubmetr təşkil edir.
Torpağın rütubətliliyi orta səviyyədədir.
Hazırda rayon ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.
///apa











































