Qubada yeddi nəfərlik şəhid ailəsi niyə qonşunun evində yatır? - VİDEO

Qubada yeddi nəfərlik şəhid ailəsi niyə qonşunun evində yatır? - VİDEO
SOSİAL
17:54 19.07.2023
356
90 yaşlı Mahur Məhərrəmov Qubanın ucqar dağ kəndi olan Dərkdə yaşayır.

İki oğlu - Qoşqar və Eldar Məhərrəmovlar - Birinci Qarabağ müharibəsində şəhid olub.

Baku TV-nin əməkdaşı ailəyə baş çəkib.

Bildirilib ki, evləri ötən ay yanaraq külə döndüyündən şəhid ailəsi hazırda çıxılmaz vəziyyətdə qalıb. Belə ki, yeddi nəfərlik ailə qonşuda gecələmək məcburiyyətindədir.

Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyətindən bildirilib ki, hadisədən sonra Dərk kəndində şəhid ailəsi ilə görüş keçirilib:

"Ailəyə iki min manat yardım edilib. Həmçinin, ailənin vəziyyəti nəzərə alınaraq evin tikintisi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunub.
Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən isə bildirilib ki, imtiyazlı kateqoriyadan olan şəxslər üçün fərdi yaşayış evləri vətəndaşın təqdim etdiyi torpaq sahəsində inşa edilir:

"Ötən müddət ərzində fərdi yaşayış evinin tikilməsinə görə Mahur Məhərrəmov tərəfindən nazirliyə torpaq sahəsi təqdim edilməyib”.

Sosial Xidmətlər Agentliyindən cavab olaraq bildirilib ki, qanunvericiliyə əsasən, imtiyazlı şəxslər üçün fərdi ev tikintisi onların təqdim etdiyi torpaq sahəsində həyata keçirilir:

"Sözügedən vətəndaşımızın da əvvəlki evinin yerləşdiyi torpaq sahəsinə əməkdaşlarımız baxış keçiriblər. Ərazinin tikinti üçün yararlılığı və kommunikasiya xətləri ilə təminatı məsələləri diqqətə alınaraq, aidiyyəti komissiyada qanunvericiliyə uyğun müvafiq qərar qəbul olunduqdan sonra məlumat veriləcək”.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
16:06 30.07.2026
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
16:02 30.07.2026
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
15:59 30.07.2026
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
15:44 30.07.2026
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
15:35 30.07.2026
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
15:07 30.07.2026
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
15:04 30.07.2026
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
14:49 30.07.2026
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
14:34 30.07.2026
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
14:28 30.07.2026
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
Əməkdar artistlə bağlı üzücü xəbər
14:12 30.07.2026
Əməkdar artistlə bağlı üzücü xəbər
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
14:09 30.07.2026
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
13:59 30.07.2026
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
13:56 30.07.2026
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
13:41 30.07.2026
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
13:30 30.07.2026
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı