Qubada yük və minik maşınları toqquşub, xəsarət alanlar var

Qubada yük və minik maşınları toqquşub, xəsarət alanlar var
SOSİAL
10:48 18.07.2025
244
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

AZXEBER.COM FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "ВАЗ” markalı minik avtomobili ilə "КамАЗ” markalı yük avtomobili toqquşub, 1 nəfər minik avtomobilində sıxılı vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşlar müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

APA-nın yerli bürosunun xəbərinə görə, qəza Quba şəhərinin Əliqulu Nərimanov və Qələbə küçələrinin kəsişməsində baş verib. Qəza nəticəsində 3 nəfər xəsarət alaraq Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR