Qubanın Xınalıq və Qrız kəndlərində temperatur mənfi 12 dərəcəyədək enib

Qubanın Xınalıq və Qrız kəndlərində temperatur mənfi 12 dərəcəyədək enib
SOSİAL
10:59 16.01.2020
2379
Yanvarın 15-i axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib, bəzi yaşayış məntəqələrinə qar yağıb.

Qubanın Xınalıq və Qrız kəndində qarın hündürlüyü 13 santimetr, Xaltan kəndində 5 santimetr, rayon mərkəzində isə 3 santimetr təşkil edib. Qusarda 4 santimetr, Xızının Altıağac qəsəbəsində isə qarın hündürlüyü 5 santimetrə çatıb.

Ən aşağı temperatur isə Qubanın Xınalıq və Qrız kəndlərində qeydə alınıb. Burada temperatur mənfi 12 dərəcəyədək enib.
 
\AZƏRTAC
OXŞAR XƏBƏRLƏR