"Dünən bir yerdə toyda idik. Qucaqlaş, öp, bağrıva bas, rəks et, sən deme sonuncu dəfə imiş".
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov qəfil vəfat edən Cabir İmanov haqda yazıb.
Zamiq bildirib ki, dünən birlikdə toyda olublar:
"Dünən bir yerdə toyda idik. Qucaqlaş, öp, bağrıva bas, rəqs et, sən demə sonuncu dəfə imiş. Çox heyif! Yaxşı insan, gözəl dost, Allah sənə rəhmət eləsin! Vaxtsız getdin. Hər zaman qəlbimizdə gülər üzlü, pozitiv, nümunəvi bir insan kimi qalacaqsan. Məkanın cənnət olsun, əlvida dotum!"
Aysel