“Qucaqlaşdıq, 2 dəqiqə sonra keçindi” – Bayramın qardaşı – VİDEO

“Qucaqlaşdıq, 2 dəqiqə sonra keçindi” – Bayramın qardaşı – VİDEO
MAQAZİN
15:21 27.03.2019
7324
ARB TV-nin "Bu qədər” proqramının bu dəfəki buraxılışında mərhum meyxanaçı Bayram Kürdəxanlının həyatından danışılıb.

AZXEBER.COM xəbər verir ki, qardaşı və dostları onun haqqında xatirələrini bölüşüblər:

Xəlifə Quliyev – Qardaşı: "Bayramla əkiz qardaşam. Onun fikri yalnız kitab oxumaq idi. Ədəbiyyatla, tarixlə maraqlanırdı. Tarix biliyi güclü idi. Uşaq vaxtlarından istedadı bəlli olurdu. Orta məktəbdə yaxşı oxuyurdu. Universitet tələbələrindən bilikli idi. Universitetə sənəd verməyə getdi, amma küsüb gəldi. Səbəbini bizə demədi. Biz israr etsək də, fikrini dəyişmədi, dedi, getmirəm. Valideynlərim, mən, hər kəs ona evlənməyini deyirdi. Amma o, bu işə boş yanaşırdı. Deyirdi ki, 2 gün evdə, 2 ay Rusiyada oluram, rayonlara gedirəm. İstəmirəm sənə artıq bir yük qoyub gedim. Həmin gün mən onun toya getməyini istəmirdim. Dedi, söz vermişəm getməliyəm. Heç vaxt belə sağollaşmırdı. Rəhmətə getdiyi gün anamla, uşaqlarla hər kəslə görüşdü, sağollaşdı. Çox narahat oldum, ilk dəfə idi belə edirdi. Arxamca gəlib dedilər, balaca ayağı əzilib, amma mən başa düşdüm ki, bu təkcə ayaq əzmək deyil. Oğlumla xəstəxanaya gedəndə, reanimasiyada idi. Qucaqlaşdıq, 2 dəqiqə sonra keçindi. Ondan 4 ay sonra anam rəhmətə getdi, dözmədi”.

Sahib Kürdəxanlı – Tələbəsi: "12, 13 yaşımdan Bayram hansı toyda olurdu, gedib mağarın kənarında onu izləyirdim. Hər kəs ona deyirdi ki, niyə evlənmirsən? Dəfələrlə mənim yanımda oturub ağlayıb ki, "kimisə bədbəxt etmək istəmirəm, mən çox yaşamayacağam. Evlənmirəm, amma mənim 3 oğlum var. Biri sənin, biri Namiq Mənanın, biri də Xəlifənin oğlu”. Mən onu qəbirə qoyanda ona söz verdim ki, yaşadığım müddətcə onun adını yaşadacağam”.
 

OXŞAR XƏBƏRLƏR