Qulaqdakı bu xətt infarktın xəbərçisidir? – Rəşad Mahmudovdan açıqlama

Qulaqdakı bu xətt infarktın xəbərçisidir? – Rəşad Mahmudovdan açıqlama
SAĞLAMLIQ
18:10 01.09.2026
736
Türkiyəli məşhur komediya ustası Cem Yılmazın keçirdiyi infarktla bağlı müzakirələr davam edərkən, onun bəzi fotolarında qulaq məməsində görünən xətt də diqqət çəkib. Həkim M. Türker Pabuçcu bu görüntülərdən sonra "Frank əlaməti” kimi tanınan bu xətt barədə açıqlama verib.

Həkimin sözlərinə görə, qulaq məməsində diaqonal xətt şəklində görünən "Frank əlaməti” bəzi elmi araşdırmalarda ürək-damar xəstəlikləri və koronar arteriya problemləri ilə əlaqələndirilib. Bu əlamətin xüsusilə ürək-damar xəstəlikləri riski yüksək olan insanlarda daha çox müşahidə oluna biləcəyi bildirilir.

Tibb elmləri doktoru, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov AZXEBER.COM-a açıqlamasında deyib ki, bunu tamamilə əsassız bir müşahidə hesab etmək olmaz:

""Frank əlaməti” deyilən qulaq məməsindəki diaqonal büküş tibbdə uzun illərdir məlumdur və koronar aterosklerozla əlaqəsi barədə kifayət qədər elmi araşdırma mövcuddur. Yəni bunu tamamilə əsassız bir müşahidə hesab etmək olmaz. Ancaq buradan ‘qulağında bu xətt olan insan infarkta yaxındır’ nəticəsini çıxarmaq elmi cəhətdən qətiyyən doğru deyil.

Frank əlaməti infarktın nə diaqnozudur, nə də onun birinci, ikinci və ya digər "mərhələsini” göstərir. Bu əlamət sağlam insanlarda da ola bilər, ciddi koronar xəstəliyi olan bir çox insanda isə ümumiyyətlə olmaya bilər. Ona görə qulaqdakı xəttə baxaraq insanın infarkt keçirəcəyini proqnozlaşdırmaq mümkün deyil”.

O qeyd edib ki, infarkt bəzən əvvəlcədən heç bir xarici əlamət vermədən də baş verə bilər:

"İnfarkt riskini müəyyənləşdirərkən bizim üçün əsas olan yaş, siqaret istifadəsi, arterial təzyiq, şəkərli diabet, xolesterin və digər lipid göstəriciləri, artıq çəki, fiziki aktivlik, ailədə erkən ürək-damar xəstəliyinin olması və artıq mövcud aterosklerotik xəstəlik kimi sübut olunmuş risk faktorlarıdır. Lazım gəldikdə bunlara laborator və instrumental müayinələr əlavə edilir. Ən vacibi isə budur ki, infarkt bəzən əvvəlcədən heç bir xarici əlamət vermədən də baş verə bilər. Sinədə sıxıcı və ya yandırıcı ağrı, ağrının sol qola, çənəyə, kürəyə yayılması, qəfil nəfəs darlığı, soyuq tər, ürəkbulanma və izah olunmayan ciddi halsızlıq kimi əlamətlər meydana çıxarsa, qulaqdakı xəttin olub-olmamasına baxmadan təcili tibbi yardım tələb olunur. Yəni Frank əlamətinə "infarktın xəbərçisi” kimi deyil, ən yaxşı halda həkimin ümumi risk qiymətləndirməsində diqqət edə biləcəyi əlavə fiziki müşahidələrdən biri kimi yanaşmaq lazımdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
21:49 06.10.2026
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
21:43 06.10.2026
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
21:34 06.10.2026
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
21:28 06.10.2026
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
21:24 06.10.2026
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
21:16 06.10.2026
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
21:09 06.10.2026
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
21:02 06.10.2026
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
Fransanın səfiri İran XİN-ə çağırılıb
20:57 06.10.2026
Fransanın səfiri İran XİN-ə çağırılıb
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
20:51 06.10.2026
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
20:45 06.10.2026
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək
20:40 06.10.2026
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək
İndoneziyada yük maşını aşıb, ölənlər var
20:35 06.10.2026
İndoneziyada yük maşını aşıb, ölənlər var
İranda 70 siyasi məhbus edam edildi
20:30 06.10.2026
İranda 70 siyasi məhbus edam edildi
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb
20:23 06.10.2026
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
20:20 06.10.2026
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq