Qulu Məhərrəmli: "Media haqqında qanun çox ciddi zərurətdən doğub"

ÖZƏL
13:33 12.12.2021
220
Xəbər verdiyimiz kimi, Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli yeni qanun layihəsi ilə bağlı AZXEBER.COM-a fikirlərini bildirib. 

O, qanunda nəzərdə tutulan özəlliklərdan danışıb:

"Bu qanun üzərində xeyli iş görülüb, zəhmət çəkilib. Qanun çox ciddi zərurətdən doğur, çünki hazırda informasiya cəmiyyətində yaşayan bizim kimi ölkələrdə informasiyanın verilməsi, informasiya daşıyıcıları ilə onu istehlakçıları arasında, hakimiyyət qurumları arasında bir çox mürəkkəb məsələlər var ki, onlar hüquqi şəkildə tənzimlənməlidir. 
Qanun bunu öz öhdəsinə götürür. 

Bu qanunun bir özəlliyi də ondan ibarətdir ki, burada təkcə yazılı media deyil, eyni zaman elektron informasiya vasitələri də bu qanunla tənzimlənəcək. Yəni bu qanunun qəbul olunması ilə həm "KİV haqqında" qanun, həm də "Teleradio fəaliyyəti haqqında" qanun gücdən düşəcək".

Qulu Məhərrəmlinin sözlərinə görə, qanunda bir sıra nüanslarların həlli nəzərdə tutulur: 

"Cəmiyyətdə internet resurslarının meydana çıxması ilə xeyli mürəkkəb situasiyalar yaranıb. Burada həm hüquqi baxımdan, həm idarəçilik baxımdan, həm də sosial məsuliyyət baxımdan bir çox nüanslar var ki, onlar həll olunmalıdır və qanun da bunları nəzərə almağa çalışır. Tutaq ki, vahid reyestr sistemi ona xidmət edir ki, bu mesaj qurumlarının statistik bazası yaransın. Çünki indiki halda çoxsaylı saytlar peyda olur ki, bunların heç adlarını yadda saxlamaq olmur. Bir ay işləyirlər, hətta müəyyən reket fəaliyyəti göstərirlər, bilinmir kim təsis edib. Yəni bu cür məsələlər var ki, vahid reyestrlə bunları həll etmək olacaq. 

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR