Qum fırtınası səbəbindən yüzlərlə insan xəstəxanaya yerləşdirildi

Qum fırtınası səbəbindən yüzlərlə insan xəstəxanaya yerləşdirildi
DÜNYA
12:50 23.08.2023
189
İranda qum fırtınası nəticəsində 488 nəfər xəstəxanaya yerləşdirilib.

AZXEBER.COM xəbər verir ki, İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində qum fırtınasından zərər çəkən yüzlərlə insanın xəstəxanalara yerləşdirildiyi bildirilib.

"Tesnim” Xəbər Agentliyinin məlumatına görə, Sistan-Bəlucistan Fövqəladə Hallar İdarəsinin rəisi Məcid Muhibbi məsələ ilə bağlı məlumat verib. Muhibbi açıqlamasında "120 günlük küləklər içərisində Sistan-Bəlucistanın şimalında yerləşən Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində 488 nəfər xəstəxanalara müraciət edib. Onlardan 64-ü stasionar müalicə olub”, - deyə bildirib.

Bölgədə qum fırtınasının bir həftə davam edəcəyinin gözlənildiyini dilə gətirən İran rəsmisi insanlara, xüsusilə xəstələrə, uşaqlara və qocalara lazım olmadıqca çölə çıxmamağı və maskalardan istifadə etməyi tövsiyə edib.

Ayşən
OXŞAR XƏBƏRLƏR