Səudiyyə Ərəbistanı son vaxtlar yaşadığı təbii fəlakətlərlə hər kəsi təəccübləndirir.
AZXEBER.COM xəbər verir ki, Səudiyyə Ərəbistanının Əl-Cəvf bölgəsindəki Sakaka şəhərində supercell bulud maraqlı görüntülər yaradıb. Qum fırtınasına bənzəyən buludların əmələ gəlməsi səbəbindən bölgədə dolu yağıb.
Səudiyyə Ərəbistanı Mülki Müdafiə Baş İdarəsindən verilən açıqlamada, vətəndaşlara leysan yağışlara qarşı diqqətli olmaları barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, supercell buludları fırtınaların, leysanların və dolunun xəbərçisi kimi tanınır.
Həmin görüntüləri təqdim edirik:
Ayşən