Quram Marxuliya: “Gürcüstan cəmiyyəti tamamilə Azərbaycan dövlətinin tərəfindədir”

Quram Marxuliya: “Gürcüstan cəmiyyəti tamamilə Azərbaycan dövlətinin tərəfindədir”
SİYASƏT
21:25 05.10.2020
994
Cəzasızlığını görən Ermənistan özünü daha azad hiss edir və insanlığa qarşı belə amansız cinayətlər törədir.

Bunu APA agentliyinə gürcü tarixçi, Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliya deyib.

O bildirib ki, Ermənistan silahlı bölmələrinin Azərbaycana qarşı bu cür təxribatlara əl atmasının arxasında cəbhə xəttində düşdükləri ağır vəziyyət dayanır: "Dinc mülki şəxslərin öldürülməsi ermənilərin uzun illərdən bəri davam edən milli ənənəsidir. Çox təəssüf ki, Ermənistanın silahlı bölmələri ötən gün Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncəyə raket zərbələri endirdi. Ermənilər cəbhə ilə mülki yaşayış bölgələri arasında heç bir fərq qoymurlar, qadınları, uşaqları və qocaları öldürürlər. Bu, terrorizm, qəddarlıq və qeyri-insani bir davranışdır.

Bu davranış müharibə qanunlarına sığmayan qanlı bir cinayətdir. Əlbəttə ki, bunun əsas səbəbi Ermənistan hökumətinin öz əməllərinə görə hələ də cəzasız qalmasıdır. Cəzasızlığını görən Ermənistan özünü daha azad hiss edir və insanlığa qarşı belə amansız cinayətlər törədir. İndi əsas məsələ beynəlxalq ictimaiyyətin, BMT-nin və digər beynəlxalq təşkilatların bu təxribatlara, müharibə qaydalarına uyğun gəlməyən bu cinayətlərə nə cür reaksiya verəcəyidir. Əgər onlar bir daha sussalar, Azərbaycan rəhbərliyi adekvat addımlar atmaq məcburiyyətində qalacaq və buna da tam haqları var”.

Q. Marxulia qeyd edib ki, Gürcüstanın Samstxe-Cavaxetiya bölgəsində yaşayan yerli ermənilər müxtəlif yollarla işğal altındakı Dağlıq Qarabağda separatçı qüvvələri dəstəkləməyə, onun sıralarında könüllü kimi vuruşmağa cəhd etsələr də Gürcüstan tərəfi bunun qarşısını alır: "Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan etnik ermənilər "könüllü” kimi qeydiyyatdan keçərək Qarabağda döyüşmək istədiklərini bildirirlər. Lakin bu terrorçuların Gürcüstan-Ermənistan sərhədindən keçməsinə əsla icazə verilmir. Bundan başqa, Gürcüstan Cavaxetiyada yerli ermənilərin təşəbbüsü ilə toplanan humanitar yardımların da Qarabağa göndərilməsini qadağan edib. Əlbəttə ki, həm Ermənistan, həm də Azərbaycan Gürcüstanın qonşularıdır. Ancaq, Gürcüstan cəmiyyəti tamamilə Azərbaycan dövlətinin tərəfindədir”.

Q. Marxulia Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda həyata keçirdiyi əks-həmlə əməliyyatlarının legitim əsaslarla aparıldığını deyib. O qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən qətnamələrinin tələblərinin 30 ildir yerinə yetirilməməsi faktı Azərbaycanın bu cür əks-həmlə əməliyyatına başlamasını şərtləndirir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz” - Mənsum İbrahimov
12:14 12.10.2026
“Daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz” - Mənsum İbrahimov
“Azərbaycan qadını, azadlığına sahib çıx!”
12:06 12.10.2026
“Azərbaycan qadını, azadlığına sahib çıx!”
İlham Əliyev Kambocaya səfərə dəvət edilib
12:02 12.10.2026
İlham Əliyev Kambocaya səfərə dəvət edilib
İlham Əliyev: Azərbaycan və Kamboca sülhü, təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
11:58 12.10.2026
İlham Əliyev: Azərbaycan və Kamboca sülhü, təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik"
11:57 12.10.2026
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik"
İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
11:51 12.10.2026
İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
Prezident Kamboca Baş naziri ilə mina problemini müzakirə edib
11:49 12.10.2026
Prezident Kamboca Baş naziri ilə mina problemini müzakirə edib
Xidmət əməkdaşları Gəncədə şəhid Rabil İsmayılovun ailəsini ziyarət edib
11:47 12.10.2026
Xidmət əməkdaşları Gəncədə şəhid Rabil İsmayılovun ailəsini ziyarət edib
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
11:45 12.10.2026
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
11:39 12.10.2026
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
“120 il keçsə də, bəzi insanlar hələ də cəhalət girdabındadır”
11:38 12.10.2026
“120 il keçsə də, bəzi insanlar hələ də cəhalət girdabındadır”
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır"
11:35 12.10.2026
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır"
"Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"
11:33 12.10.2026
"Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"
İlham Əliyev TDT-nin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşünün iştirakçılarına müraciət ünvanlayıb
11:32 12.10.2026
İlham Əliyev TDT-nin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşünün iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycanda ən yüksək maaşı kimlər alır?
11:22 12.10.2026
Azərbaycanda ən yüksək maaşı kimlər alır?
İlham Əliyev İspaniya Kralını təbrik etdi
11:17 12.10.2026
İlham Əliyev İspaniya Kralını təbrik etdi