Quranı yandıran keşiş yeni aksiyalar planlaşdırır

MARAQLI
19:56 29.04.2011
1767

Keşiş bildirib ki, o, tərəfdaşları ilə birlikdə Miçiqan ştatının Dirborn ştatının meriyası qarşısında piket keçirməyi planlaşdırır. Onun sözlərinə görə, piketdə cihada, şəriətə qarşı şüarlar səslənəcək. Onların əsas tələbisə Amerikada şəriətə qadağa qoyulması və hətta yeni prezident seçkilərinin keçirilməsidir. Keşişin dediklərinə görə, tərəfdarlarının sayı gündən günə artır. Terri Cons bildirib ki, Quranı yandırandan sonra dünyanın hər yerindən ona dəstək məktubları gəlib. Keşiş əmindir ki, hətta Avropada da antiislam meyilləri güclənir. Terri Cons antiislam mübarizəsini daha da gücləndirəcəyini desə də dinlər arasında müharibənin olmasını istəmədiyini söyləyir. Bundan əlavə keşiş Quranın yandırılmasından sonra Əfqanıstanda BMT nümayəndələrinin öldürülməsinə görə məsuliyyət daşımadığını deyib. «Bizim buna görə də cavabdeh olmağımızı demək ədalətsizlikdir. Biz oradan 7-8 min km uzaqlıqda yerləşirik. Biz kitabı yandırdıq və sizlərin onu nə qədər müqəddəs hesab etməyiniz vacib deyil. Kitab sadəcə obyektdir», – deyə keşiş özünə bəraət qazandırmağa çalışıb.//merkez.az

 

 

OXŞAR XƏBƏRLƏR