Qurani-Kərimi yandıran Salvan Momika yaşayış vizasının müddəti bitdikdən sonra İsveçdən çıxarılacaq.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsveçdə Qurani-Kərimi yandıraraq təxribatlar törədən Salvan Momika deportasiya ediləcək.
İraqlı şəxs çirkin hərəkətləri ilə reaksiyaların mərkəzində olub.
İsveç İmmiqrasiya Məhkəməsi Momikanın yaşayış vizasının müddəti bitdikdən sonra onun deportasiyası barədə qərarı təsdiqləyib. İsveç ictimai radiosu SR İmmiqrasiya Məhkəməsinin Momika üçün İmmiqrasiya İdarəsinin qəbul etdiyi deportasiya qərarını təsdiqlədiyini bildirib.
Gülay