"Qurban bayramı ilə əlaqədar müvafiq tədbirlər planı hazırlanır və bununla bağlı ətraflı məlumat veriləcək".
AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bildirib.
O əlavə edib ki, bu ilin Qurban bayramı ötən illərlə müqayisədə fərqli olacaq: "Biz koronavirus şəraitində yaşayırıq. Biz hamımız bu reallıqlara uyğunlaşmalıyıq. Ona görə, xüsusi tədbirlər planı hazırlanır".