AFFA prezidenti Rövnəq Abdullayev “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun milliyə baş məşqçi təyin edilməməsinə münasibət bildirib.
AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin bugünkü iclasından sonra keçirilən mətbuat konfransında o deyib ki, Q.Qurbanov milliyə baş məşqçi təyin olunsaydı, həm Əli aşından olacaqdı, həm Vəli.
“O vaxt onu “Neftçi”yə mən gətirdim. Hamı istefa qışqıranda, mən buna qarşı çıxırdım. Qurban ağıllı və bacarıqlı məşqçidir. Amma biz onu “Qarabağ”dan ayırsaq, oradan da olacaq, buradan da. Qurban millidə 2 oyun uduzsa, hamı istefa qışqıracaq”, - deyə R.Abdullayev bildirib.