Qurban Qurbanov: "Ayntraxt"la oyun bizim üçün çox vacibdir"

Qurban Qurbanov: "Ayntraxt"la oyun bizim üçün çox vacibdir"
İDMAN
15:10 20.01.2026
204
UEFA Çempionlar Liqasındakı növbəti oyun "Qarabağ" üçün çox vacibdir.
 
AZXEBER.COM xəbər verir ki, bunu komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Bakıda Almaniyanın "Ayntraxt" (Frankfurt) komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Çox vacib oyundur. Hazırlaşmaq üçün çox vaxtımız olmadı. Sakit matça hazırlaşmışıq. Az vaxtdan səmərəli istifadə etdik. Futbolçuları fiziki baxımdan hazırlamalı idik. Meydanda intizamlı kollektivlər görəcəyik".

Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" matçı yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
OXŞAR XƏBƏRLƏR