"Vacib qalibiyyət əldə etdik. Azlıqda qalanda komandanın xarakteri üzə çıxır”.
AZXEBER.COM-un məlumatına görə, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XXIII turunun oyunundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis futbolçularını təbrik edib:
"Oyunçular uduzmaq istəmirdilər. Yaxşı və baxımlı matç alındı. "Neftçi”yə uğurlar arzulayıram”.
O, Kevin Medinanın qırmızı vərəqə alması barədə də danışıb:
"Bu cür qarşılaşmalarda sərt hərəkət etmək olmaz. Fanatlar da nalayiq ifadələr işlədib, bu da təsir edib. Hamı fikirləşməlidir ki, futbol kollektiv oyundur. Futbolun digər gözəlliyi də budur. 10 nəfərlə qalibiyyət əldə etdik”.