Qurban Qurbanov: "Biz azərbaycanlı, qarabağlı olaraq həmişə çalışmışıq ki, mədəniyyətimizi göstərək"

Qurban Qurbanov: "Biz azərbaycanlı, qarabağlı olaraq həmişə çalışmışıq ki, mədəniyyətimizi göstərək"
İDMAN
14:05 04.10.2019
3227

Öncə futbolçularımı təbrik etmək istəyirəm. Bizi hesabdan daha çox oyun maraqlandırırdı”.

AZXEBER.COM-un məlumatına görə, bunu Azərbaycan çempionu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

47 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin II turunun "Düdelanj”la Lüksemburqdakı görüşündən sonra (4:1) keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb. Q.Qurbanov komandanın nümayiş etdirdiyi oyundan razılığını dilə gətirib: "Məqsədimiz burda yaxşı, baxımlı oyun göstərmək idi. Həqiqətən də futbolçular bunu bacardılar və çox vacib 3 xalı əldə etdik. Hesab bizi aldatmamalıdır. Bu gün komandamızın gücünü gördük. Əlbəttə ki, səhvlərimiz də oldu. İkinci hissədə bəzi çatışmazlıqlar nəzərə çarpdı və bu da normaldır”.

Q.Qurbanov matçın birinci hissəsində baş verən təxribata münasibət bildirib: "İdmanda belə şeylərin olmasının tərəfdarı deyiləm. Bir dəfə də belə hadisə baş vermişdi. Amma mən heç bir o qədər fikir bildirməmişdim. Onların adını belə dilimə gətirmək istəmirəm. Həmişə belə halları qorxaqlıq hesab edirəm. Biz azərbaycanlı, qarabağlı olaraq həmişə çalışmışıq ki, öz mədəniyyətimizi göstərək. Həmişə intizamlı olaq. Futbolçular da hansı komandanı təmsil etdiklərini bilirlər. Belə halları qorxaqlıq adlandırıram. Fəxr edirəm ki, azərbaycanlıyam, "Qarabağ"ı çalışdırıram və belə bir kollektivim var”.

Mütəxəssis belə təxribatlara getməməyin tərəfdarı olduğunu açıqlayıb: "Biz belə təxribatlara getməməliyik. Oyun dayandırıldıqda da çalışdıq ki, təmkin nümayiş etdirək, intizamımızı göstərək. Bəli, uşaqlar bir az pis olmuşdular, hirslənmişdirlər. Onları oyuna kökləmək də çətin idi. Amma hər bir halda, futbolçularıma təşəkkür edirəm ki, məni eşitdilər. Mənə diqqətlə qulaq asdılar və buradan gözəl bir qalibiyyətlə dönürük. Bəlkə gələcəkdə də belə şeylər olacaq. Amma mənə görə belə şeyləri etmək böyük ucuzluqdur”.

Q.Qurbanov təxribat üzündən matç dayandırıldığı vaxt meydandan çıxan "Qarabağ”ın yenidən qayıdıb oyunu davam etdirməyə borclu olduğunu da vurğulayıb: "Meydana qayıtmağa məcbur idik. Əgər meydanı tərk ediriksə, bu bizə böyük problem ola bilərdi. Digər tərəfdən də biz peşəkarıq və bu cür hallar tez-tez baş verə bilər. Biz qorxaq deyilik. Meydandan qaçmağı bacarmarıq. Zəif deyilik. İdman prinsiplərinə əməl etməliyik. Hətta məğlub durumda olsaydıq da, yenə meydana qayıdıb sonadək mübarizə aparacaqdıq. Bir azərbaycanlı, qarabağlı olaraq qaçmağı heç zaman ağlıma gətirməmişəm. Biz məğlub ola bilərik, yıxıla bilərik, amma qaçmaq bizə yaraşmaz. İstənilən komanda, istənilən nəticə olsaydı da biz sonadək mübarizə aparacaqdıq”.

Baş məşqçi bildirib ki, hadisə ilə bağlı UEFA-ya müraciətlə klub rəhbərliyi məşğul olacaq: "Məncə burda müraciətə heç ehtiyac yoxdur. Çünki UEFA özü belə məsələlərdə çox ciddidir və vacib qərarlar qəbul edir. Gözləyək, görək hansı qərarları qəbul edəcəklər. Onların qərarından da çox şey asılıdır. Əgər səhv bir qərar qəbul etsələr, düşünürəm ki, bu hamı üçün böyük bir siqnal olar. Diqqətli olub, belə təxribatların qarşısını almaq lazımdır”.

Təcrübəli mütəxəssis "Qarabağ”ın 1/16 final şansları barədə də danışıb: "Vacib 3 xalı əldə etdik. Əlbəttə, qrupun favoriti "Sevilya"dır. Digər 3 komanda ola bilər ki, son turadək öz aralarında mübarizə aparsınlar. Hətta hər şey son turda da bilinə bilər. Bu hesab bizi aldatmalı deyil. O demək deyil ki, "Düdelanj" zəif komandadır. Qol vurmağı bacarırlar. Ona görə düşünürəm ki, son turadək mübarizə davam edəcək”.

Qeyd edək ki, matçda təxribat Ağdam təmsilçisinin ikinci qolundan sonra yaşanıb. Separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağının dronla stadionun mərkəzinə gətirilib. Ardınca azarkeşlər və futbolçular arasında münaqişə də yaşanıb. Bunu görən şotlandiyalı baş hakim Con Biton matçı dayandırıb. Təxminən 25 dəqiqəlik fasilədən sonra oyun davam etdirilib və Ağdam təmsilçisi 4:1 hesablı qələbə qazanıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
20:57 11.03.2025
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
20:54 11.03.2025
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
20:45 11.03.2025
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
20:38 11.03.2025
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
20:30 11.03.2025
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
20:27 11.03.2025
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
20:14 11.03.2025
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
20:10 11.03.2025
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
20:00 11.03.2025
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
"Banu Günel" in ölüm xəbəri yayıldı
19:51 11.03.2025
"Banu Günel" in ölüm xəbəri yayıldı
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
19:36 11.03.2025
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
19:23 11.03.2025
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
Qadınlar yalanı daha tez hiss edir
19:10 11.03.2025
Qadınlar yalanı daha tez hiss edir
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
18:57 11.03.2025
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
18:46 11.03.2025
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
Zelenskinin Ofisi: Ukrayna sülh istəyir
18:34 11.03.2025
Zelenskinin Ofisi: Ukrayna sülh istəyir