Qurban Qurbanov: Bütün fikrimizi "Bayer 04"lə oyuna yönəltmişik

Qurban Qurbanov: Bütün fikrimizi "Bayer 04"lə oyuna yönəltmişik
İDMAN
21:37 13.03.2024
200
Bütün fikrimizi bu matça yönəltmişik.

AZXEBER.COM xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Almaniyada "Bayer 04"ə qarşı keçirəcəkləri Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis onları vacib qarşılaşmanın gözlədiyini söyləyib: "Son dönəmlərin ən yaxşı komandalarından birinə qarşı oynayacağıq. Bu stadionda çıxış etmək xoşdur. Sabah 90 dəqiqə diqqətli olmalıyıq".

Qeyd edək ki, Leverkuzendəki qarşılaşma martın 14-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.
OXŞAR XƏBƏRLƏR