Qurban Qurbanov "Simurq"la oyunla (1:0) bağlı fikirlərini bildirib.
"Qarabağ"ın baş məşqçisi azarkeşləri təbrik edib: "Yaxşı komandaya qarşı oynayırdıq. Qış fasiləsindən sonra "Simurq" çox yaxşı təsir bağışlayır. Bu komandaya qarşı oynamaq çox çətindi. Bu gün dediklərimin canlı şahidi olduq. Çox çalışdıq. Qalib gəldiyimiz üçün şadam. Azərkeşləri təbrik edirəm". Qeyd edək ki, bu gün "Qarabağ" "Simurq"u qəbul edib. Son dövrlər yaхşı çıхış edən Zaqatala klubu daha güclü rəqibindən хal ala bilməyib. 21-ci dəqiqədə Reynaldo Silvanın qoluna sevinən "Qarabağ" 1:0 hesablı qələbə qazanıb. Braziliyalı futbolçu ardıcıl ikinci turda komandasına qələbə qazandırıb.