Qurban Qurbanov: "Futbolçular yaxşı performans göstərdilər"

İDMAN
23:08 18.09.2022
393
"Futbolçularımı təbrik edirəm. Çox yaxşı performans göstərdilər. Vacib qalibiyyət idi. Hesabda irəli olsaq da, oyunçular dayanmırdılar".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Zirə"yə 7:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VII tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis oyunçuların sıx qrafikdə çox əziyyət çəkdiklərini bildirib.

Qurbanov görüşdə 4 qol vuran Musa Qurbanlı haqqında danışıb: "Musa Qurbanlı ilk olaraq "Qarabağ", daha sonra milli üçün hazır olmalıdır. Yığmanın öz idarə ediciləri var. Bu barədə fikir bildirə bilmərəm. Qol vuran futoblçuya maraq çox olur. Bu gün 4 qol vurması tam hazır olması demək deyil. Mənim üçün vacib olan stabil göstəridilərdir. Hazırlıq mərhələləri var, bunların hamısını keçməlidir. Burda çempionat, avrokubok oyunları var. Psixoloji amil vacibdir. Gündən günə inkişaf varsa, yaxşılığa doğru gedir. Öz üzərində çox çalışmalıdır. Məşqçilər olaraq bütün oyunçşuların idman formasını yaxşılaşdırmaq istəyirik".

Təcrübəli baş məşqçi yerli çempionatda bəyəndilkləri oyunçuların olduğunu diqqətə çatdırıb: "Hər futbolçunun öz müqaviləsi var. O vaxt şans düşdü, istifadə etdik və Filip Ozobiçlə müqavilə imzaladıq. Yerli çempionatdakı futbolçuları da izləyirik. Bəyəndiyimiz oyunçular da var. Kimləsə bağlı fikir bildirsək, düzgün çıxmaz. Ancaq nəzarətimizdədir".

Mütəxəssis hələlik "Neftçi" ilə görüşü düşünmədiklərini söyləyib: "Futbolçularımızı oyundan-oyuna daha yaxşı hazırlaşdırmaq barədə fikirləşirik. "Neftçi” ilə matça vaxtımız var. Təəssüf ki, bütün futbolçularla hazırlaşa bilməyəcəyik.

Qurbanov heyətdə bəzi dəyişikliklər etdiklərini xatırladıb: "Çox da uğurlu alındır. Bu, mənə inam verir. Avrokubokda yaxşı səviyyədə oynamaq üçün çempionatda yaxşı çıxış etməliyik. Bütün oyunçular yaxşı motivasiya olunmuşdular. Avropada az oynayan futbolçular çempionat oyunlarını gözləyirlər. Buna sevinirəm. Hər baş məşqçinin öz düşüncələri var. Yorğunluq barədə çox düşünmək istəmirik. Bəzən bu, qaçılmazdır. İnsan robot deyil. Müəyyən həddə qədər getmək olur. Yorğunluq olmamasına çalışsaq da, bəzən bu, qaçılmazdır".

Baş məşqçi son olaraq yığma komandaların görüşlərinin oyunçulara təsiri barədə danışıb: "Neqativ yanaşmayaq. Bəzi oyunçulara istirahət çox vacibdir. Əlimizdə 3-4 futbolçu qalacaq. Digərləri 3-4 gündən bir oynayacaq. Legionerlərimiz arasında da gedənlər var. Oyunçularımız çox yükləmədə olacaqlar. İstərdim ki, 10 gün bir yerdə olsunlar. Amma edə biləcəyimiz bir şey yoxdur".
 
///Report
OXŞAR XƏBƏRLƏR