Qurban Qurbanov: “İlk maaşım 70 manat olub”

Qurban Qurbanov: “İlk maaşım 70 manat olub”
İDMAN
14:04 28.11.2023
283
"Həmişə sırf futboldan danışmışam. Amma bu gün filmdən söhbət edirik və ona görə də budəfəki müsahibəm fərqlidir. Filmdə keçdiyim yollar qısa olaraq göstərilir. Lakin mən filmi izləyərkən uzaqlara getdim”.

Bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov haqqında çəkilən və dünən təqdimatı olan "Stadionlar səssiz olanda” filmi barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis qeyd edib ki, bu film onun məsuliyyətini daha da artırır:

"Bu gün müəyyən səviyyəyə gəlib çıxmışıqsa, çalışmalıyıq ki, bunu qoruyub-saxlayaq, daha da artıraq. Mənim üçün çox maraqlı oldu. Mən o günləri, hadisələri canlı yaşamışam. İndi də sanki 52 yaşımdan altı-yeddi yaşım olan vaxtlara qayıtdım və qısa zamanda da geri döndüm”.

Q.Qurbanov "Stadionlar səssiz olanda” filminin təqdimatının qarşıdakı "Mölde” ilə matçda futbolçularına motivasiya olacağına inandığını bildirib:
"İnşallah, bu gün izlədikləri filmin futbolçulara faydası olar. Bu gün zalda filmdəki bəzi anları bizimlə birgə yaşayan oyunçular da var idi. Orada olmayan futbolçular isə gördülər ki, qazandığımız uğurlara böyük dəyər verilir. Bəlkə, onlar da istəyəcəklər ki, gələcəkdə "Qarabağ” yeni bir tarix yazsın və həmin olaylarda adları çəkilsin”.

"Filmdə təsvir olunan köməkçiniz Asif Əsgərov idimi?” sualını Qurbanov belə cavablandırıb: "Bütün işlərimdə Asif Əsgərov yanımdadır. Yəqin ki, onu təsvir etməyə çalışıblar. Amma mən bu barədə heç kimə məlumat verməmişəm”.

Sonda Q.Qurbanov filmin ona daha çox təsir edən hissələrindən də söz açıb:

"Maraqlı hissələr çox oldu. Amma iki hissə mənə daha çox təsir etdi ki, bunlardan birincisi qardaşım Musanın əsgərlikdən gələndən sonra mənim məşqlərimi, oyunlarımı izləməsi idi. Digəri isə 16, yaxud 17 yaşımda, indi dəqiq xatırlamıram, ilk dəfə maaş aldığım epizod idi. Yadımdadır, həmin vaxt 70 manat maaş aldım və stadiondan birbaşa Zaqatala bazarına yollandım, evə 40 manatlıq bazarlıq etdim. Gələrkən evdə təkcə anam var idi. İlk dəfə öz maaşımla evə bazarlıq etmişdim. Bu hissə mənə çox təsir etdi, anamı xatırladım. Bir anlıq o günlərə qayıtdım”.
 
///Qol.az 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyədə 2 qrup arasında silahlı insident baş verdi
18:33 28.04.2025
Türkiyədə 2 qrup arasında silahlı insident baş verdi
Keçmiş futbolçu ölüm təhdidləri aldığını açıqladı
18:16 28.04.2025
Keçmiş futbolçu ölüm təhdidləri aldığını açıqladı
İran Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
17:49 28.04.2025
İran Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
Gürcüstanda “NATO-Gürcüstan Təlimi 2025” başlayıb, Azərbaycan da iştirak edir
17:43 28.04.2025
Gürcüstanda “NATO-Gürcüstan Təlimi 2025” başlayıb, Azərbaycan da iştirak edir
Birbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi
17:37 28.04.2025
Birbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi
"Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir"
17:25 28.04.2025
"Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir"
Mərkəzi Bankdan “Bakı Kart”a qarşı tədbir
16:40 28.04.2025
Mərkəzi Bankdan “Bakı Kart”a qarşı tədbir
"Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərə cəza istənilib
16:24 28.04.2025
"Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərə cəza istənilib
Azərbaycan Prezidenti: Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk
16:09 28.04.2025
Azərbaycan Prezidenti: Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk
Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:07 28.04.2025
Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
"TuranBank" ağacəkmə aksiyasında iştirak edib
15:53 28.04.2025
"TuranBank" ağacəkmə aksiyasında iştirak edib
"Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir"
15:41 28.04.2025
"Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir"
İran Prezidenti: Özümü Təbrizdəki, Ərdəbildəki kimi hiss edirəm
15:34 28.04.2025
İran Prezidenti: Özümü Təbrizdəki, Ərdəbildəki kimi hiss edirəm
İlham Əliyev: Azərbaycan və İran əlaqələrin inkişafına çalışır
15:24 28.04.2025
İlham Əliyev: Azərbaycan və İran əlaqələrin inkişafına çalışır
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edirlər
15:22 28.04.2025
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edirlər
Yeni Papa bu tarixdə seçilə bilər
15:12 28.04.2025
Yeni Papa bu tarixdə seçilə bilər