Qurban Qurbanov ingilis mediasına: "Qarabağ bizim yaralı yerimizdir"

Qurban Qurbanov ingilis mediasına: "Qarabağ bizim yaralı yerimizdir"
MANŞET
13:26 13.09.2017
3575

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında "Çelsi"yə məğlubiyyətdən (0:6) sonra mətbuat konfransı keçirib.

Britaniyalı jurnalistlərin suallarını cavablandıran mütəxəssis komandanın tarixi barədə də onlara məlumat verib.

Çempionlar Liqasında və Azərbaycan Premyer Liqasında hədəfiniz nədi?

- Özümüzü Çempionlar Liqasında harada gördüyümüzü deyə bilmərəm. Qrup mərhələsində olmaq istəyirdik, bunu da bacardıq.
 
2008-ci ildən "Qarabağ"ın baş məşqçisisiz. Klub həmin vaxt bu səviyyədə deyildi. Siz komandanı böyük uğura daşıdınız...

- Dəyərli suala görə çox sağ olun. "Qarabağ"ın Çempionlar Liqasının qrupunda iştirakı Azərbaycan futbolunda bir ilkdi. Belə baxanda, kiçik futbol ölkəsiyik. Ölkə olaraq, futbolda indi-indi inkişaf etməyə başlayırıq. Çətin addımlarda mənim adım olduğu üçün şadam. Bizim üçün asan deyil. Bu cür turnirin qrup mərhələsinə düşməyimizə baxmayaraq, belə böyük hesablı məğlubiyyət mənə xoş deyil. Amma inkişaf etmək istəyiriksə, bu cür məğlubiyyətlərlə razılaşmalıyıq, belə halları gözümüzün qabağına gətirməliyik. Çəkinmədən, utanmadan daha da çox çalışmalı və bundan da irəli getməli düşünməliyik.
 
"Qarabağ"ın Çempionlar Liqasında iştirakı sizin üçün nə deməkdi?

 

- Bu, bizim üçün böyük uğurdu. Çempionlar Liqasının qrupuna düşmək vəzifəsinin öhdəsindən gəldik və bu nailiyyət Azərbaycanda futbolu daha da sevdirdi, futbola maraq artdı.
 
"Qarabağ" azarkeşlərinin çoxu bu gün klubun formalarını geyinməsələr də, Azərbaycan bayraqları ilə sizə dəstək oldular. Bu, üzərinizdə təzyiqi artırmışdı?

- Yəqin ki, bu komandanın tarixini bilirlər, "Qarabağ" adının mənasını dərk edirlər. Bizim yaralı yerimizdi. Qarabağ torpaqlarının çox hissəsi erməni daşnaklarının əlindədi, haqsız yerə əlimizdən alıblar. Azərbaycan bayrağını tribunlarda görmək üzərimdəki təzyiqi artırmır, əksinə mənə güvən, inam verir, məsuliyyətim daha da çoxalır. Şadam ki, bu komandanın baş məşqçisiyəm. Nə qədər ağır olsa da, komandamın belə məğlubiyyətlə üzləşməsini istəməzdim. Biz azərbaycanlı kimi, "Qarabağ"da işləməkdən fəxr duyuram və əlimdən gələnin artığını etməyə çalışıram.

///Apasport
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mikayıl Cabbarov Sibiqa ilə iqtisadi əməkdaşlığı müzakirə ETDİ
17:32 25.05.2025
Mikayıl Cabbarov Sibiqa ilə iqtisadi əməkdaşlığı müzakirə ETDİ
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
17:08 25.05.2025
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
16:54 25.05.2025
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
16:45 25.05.2025
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
16:26 25.05.2025
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
16:05 25.05.2025
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
15:41 25.05.2025
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
15:29 25.05.2025
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
15:15 25.05.2025
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
14:54 25.05.2025
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
14:33 25.05.2025
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
14:21 25.05.2025
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
14:01 25.05.2025
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
13:49 25.05.2025
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
13:45 25.05.2025
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
13:36 25.05.2025
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir