Qurban Qurbanov: Komandada döyüşçü ruhunu qoruyub saxlamaq istəyirəm

Qurban Qurbanov: Komandada döyüşçü ruhunu qoruyub saxlamaq istəyirəm
İDMAN
23:42 01.03.2024
304
"Qarabağ”da döyüşçü ruhunu qoruyub saxlamaq istəyirəm.

AZXEBER.COM xəbər verir ki, bu sözləri "Qarabağ FK – 30 mövsüm səfərdə” sənədli filminin təqdimat mərasimində klubun baş məşqçisi Qurban Qurbanov deyib.

"16 ildir "Qarabağ”dayam. Bir saat içində bu illəri, günləri yenidən yaşadım. Film çox yüksək səviyyədə hazırlanıb.

Əziyyət çəkən hər kəsə təşəkkür edirəm. Biz hamımız doğru yolu göstərə bilərik. Amma onun icraçıları var.

Bu gün bir daha əmin oldum ki, mənim çox güclü kollektivim, futbolçularım və döyüşçülərim var. İki gün əvvəl komanda ilə söhbətimiz oldu.

Onlara Qarabağ barədə danışdım. Bizim hansı komandanı təmsil etdiyimizi söylədim. İnsanlar canlarından keçiblər, əziyyətlər çəkiblər”.

Ağdam təmsilçisinin çalışdırıcısı "komandada döyüşçü ruhunu daim qoruyub saxlamaq istədiyini” vurğulayıb:

"Bunu Ali Baş Komandanımız 44 günlük müharibə ərzində hər gün öz xalqına müraciətində bildirirdi. Hamımız bir olmuşduq. Sonda belə zəfər əldə etmişdik.

Bütün vacib qarşılaşmalarda bu fikirlər oyunçulara çatdırılır. Dövlət səviyyəsində komandamız sevilir və dəyər verilir. Belə olanda bizim başqa çıxışımız yoxdur. Öz işimizlə məşğul olmalıyıq”.

Onun sözlərinə görə, "Qarabağ” etibarlı əllərdədir”:

"Güclü iş qrupumuz var. 15 il ərzində işlədiyim oyunçuların hamısının burada olmasını istərdim. Amma bu futbol həyatıdır. Komandanın qurulmasında Rəşad Sadıqovun da əməyi var”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Erməni təxribatının qarşısını alan tələbələrimiz danışdı - Video
22:50 24.04.2025
Erməni təxribatının qarşısını alan tələbələrimiz danışdı - Video
Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
22:41 24.04.2025
Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
Hərbi institut tələbələrinə hər ay bu qədər vəsait veriləcək
22:40 24.04.2025
Hərbi institut tələbələrinə hər ay bu qədər vəsait veriləcək
KİV: Qəzzada yaşayış binasının atəşə tutulması nəticəsində 7 fələstinli ölüb
22:29 24.04.2025
KİV: Qəzzada yaşayış binasının atəşə tutulması nəticəsində 7 fələstinli ölüb
Harvard demokratiya üçün təhlükədir - Tramp
22:14 24.04.2025
Harvard demokratiya üçün təhlükədir - Tramp
İnsulin almaq üçün aptekə gedən şəxs elə orada vəfat etdi
22:10 24.04.2025
İnsulin almaq üçün aptekə gedən şəxs elə orada vəfat etdi
İntihara cəhd edən qazinin son durumu açıqlandı
21:53 24.04.2025
İntihara cəhd edən qazinin son durumu açıqlandı
Tramp 1915-ci il hadisələri barədə "soyqırımı" sözündən istifadə etməyib
21:50 24.04.2025
Tramp 1915-ci il hadisələri barədə "soyqırımı" sözündən istifadə etməyib
Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
21:40 24.04.2025
Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Siyəzəndə kişi küçədə infarktdan öldü
21:32 24.04.2025
Siyəzəndə kişi küçədə infarktdan öldü
Türkiyə Ermənistana münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib
21:10 24.04.2025
Türkiyə Ermənistana münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib
KİV: ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir
21:03 24.04.2025
KİV: ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir
Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı
20:47 24.04.2025
Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı
Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib
20:39 24.04.2025
Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib
Ayxan Hacızadə: Türkiyədəki zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur
20:30 24.04.2025
Ayxan Hacızadə: Türkiyədəki zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur
Daha bir cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı
20:23 24.04.2025
Daha bir cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı