Qurban Qurbanov: Mən komandama heç vaxt zəif demərəm

Qurban Qurbanov: Mən komandama heç vaxt zəif demərəm
İDMAN
00:25 06.08.2015
1454

“ Mən də sizin kimi, məyusam. Komandam çox istəyirdi qalib gəlsin. Təəssüf ki, biz istədiyimiz kimi olmadı”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Seltik”i qəbul edən “Qarabağ” meydançanı 0:0 hesabı ilə tərk edib. Şotlandiyadakı ilk qarşılaşmada rəqibinə minimal hesabla (0:1) uduzan Ağdam təmsilçisi bununla da Çempionlar Liqası ilə vidalaşıb.

Təmsilçimiz mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında sözlərinə bu cür davam edib:

“Çox yüksək səviyyəli komandaya qarşı mübarizə aparırdıq. Azarkeşlərimizə də təşəkkür edirəm. Bizim azarkeşlərimiz heç də “Seltik” azarkeşlərindən geri qalmırlar. Hər birinə çox sağ ol deyirəm”.

- Bu gün “Qarabağ”ın ən zəif mövqeyi hücumameyilli oyunçular idi. Bununla razısız?

- Xeyr, mən meydançada zəif oyunçu görmədim. Hər biri mübarizə apardı. Nəzərə almaq lazımdı ki, rəqib də güclü “Seltik” idi. Düşünürəm ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik.

- Müdafiəçilər Şehiçə həddən artıq çox geriyə ötürmə verirdilər. Bu sizin tapşırığınız idi?

- Görürəm ki, fikirlərimiz üst-üstə düşmür. Siz başqa cür görürsünüz. Futbolçular lazım olanı edirdilər. Lazım olanda qapıçıya ötürmə verirdilər. Çalışdıq hücumameyilli oyun göstərək.

- Bunu sizin rəhbərliyiniz altındakı ən zəif oyun saymaq olarmı?

- Biz “Seltik”ə qarşı oynayırdıq. Ola bilər ki, hansısa çatışmazlıq oldu. Biz əlimizdəki oyunçulardan maksimum yararlanmağa çalışırıq. Futbolçular sona qədər mübarizə apardılar. Nəticədən razı qalmasam da, oyundan məmnunam. Mən komandama heç vaxt zəif demərəm. 15 yaşlı oyunçularla çıxış etsək də, komandamı zəif saymaram.

- Yeni transferlər növbəti mövsümdə çempion olmaq üçün gəliblər, yoxsa avrokuboklarda uğur qazanmaq üçün?

- Onların komandası hər iki cəbhədə mübarizə aparır. Bu gün Avrokubokda çıxış etdik, onlar da komandaya kömək etməyə çalışdılar. Onlar həm avrokuboklarda, həm də çempionatda uğurlu çıxış üçün transfer edilib.

- “Qarabağ” 6 oyundu ki, avrokuboklarda qələbə qazana bilmir. Bunun səbəbini nədə görürsüz?

- Azarkeşlərimiz bu gün bizi alqışla yola saldılar. Mənim ən çox istəmədiyim şey azarkeşi məyus yola salmaqdı. Çalışdıq yaxşı oyunla azarkeşləri məmnun edək. Nəticə qazanmağa çalışdıq, ancaq alınmırsa, deməli, qismətimizdə yoxdu.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb