"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Donald Geryeyə sərt üzünü göstərib.
AZXEBER.COM sportinfo.az-a istinadən xəbər verir ki, haitili müdafiəçi 20 min dollar cərimələnib.
Adıçəkilən legionerin təcrübəli mütəxəssisin qəzəbinə tuş gəlməsinə səbəb millinin düşərgəsindən gec qayıtmasıdı. O, dönüş tarixindən yalnız 3 gün sonra klubun düşərgəsinə təşrif buyurub.
Donald yubanmasını şəxsi problemləri ilə əlaqələndirməyə çalışsa da, nizam-intizam məsələsində barışmaz mövqe tutan Qurbanov fikrindən dönməyib və ona böyük cərimə kəsib.