Qurban Qurbanov “Qalatasaray”la oyundan öncə mətbuat konfransı keçirəcək

İDMAN
16:16 23.03.2023
242
Türkiyənin "Qalatasaray” klubu ilə xeyriyyə oyunu keçirəcək "Qarabağ”ın oyundan öncə mediaya açıq məşqi və baş məşqçi Qurban Qurbanovun brifinqi nəzərdə tutulub.

Klubun rəsmi saytının məlumatına görə, martın 25-də saat 16:45-də Bakı Olimpiya Stadionunda Qurban Qurbanovun brifinqi keçiriləcək.

Saat 17:00-da isə "Qarabağ”ın mediaya açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

Qeyd edək ki, qarşılaşma martın 26-da saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
OXŞAR XƏBƏRLƏR