Qurban Qurbanov qapıçını ittiham etdi

İDMAN
18:12 31.10.2012
1186
“Hər məşqçi səhv edə bilər. Elnur Abdulov zəif oynayırsa, bu, böyük problem deyil. İstəklidir və ona yenə şans verəcəyəm”.
AZXEBER.COM-un saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.Topaz Premyer Liqasında bu gün “Qəbələ”yə evdə 1:2 hesabı ilə uduzduqları oyunla bağlı fikirlərini açıqlayan 40 yaşlı çalışdırıcı problemlərinin olduğunu bildirib: “Hər şeyi futbolçuların üzərinə atmaq istəmirəm. Amma 1-ci qolda qapıçımızın səhvi vardı. “Qəbələ” hücum xətti ən güclü olan komandadır”.

OXŞAR XƏBƏRLƏR