Qurban Qurbanov qərarını verdi: Daha bir futbolçu "Qarabağ"dan ayrılacaq

İDMAN
23:57 03.04.2023
988
Yayda "Qarabağ"da daha bir ayrılıq baş tutacaq. 
 
AZXEBER.COM xəbər verir ki, Filip Ozobiçin cari mövsümün sonu başa çatacaq müqaviləsi yenilənməyəcək. Belə ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov xorvatiyalı futbolçunu komandada saxlamaqda maraqlı deyil.

Buna 31 yaşlı yarımmüdafiəçinin tez-tez zədələnməsi və oynadığı matçlarda komandaya faydalı ola bilməməsi səbəb olub.

Qeyd edək ki, Ozobiç 2018-ci ildən "Qarabağ"ın formasını geyinir.
OXŞAR XƏBƏRLƏR