Qurban Qurbanov: "Vestri"ni artıq daha yaxından tanıyırıq"

Qurban Qurbanov: "Vestri"ni artıq daha yaxından tanıyırıq"
İDMAN
22:13 15.07.2026
138
"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında qarşılaşacağı "Vestri"ni (İslandiya) artıq daha yaxından tanıyır.

AZXEBER.COM xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov sözügedən matçdan əvvəl klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

O, cavab görüşünə yaxşı hazırlaşdıqlarını söyləyib:

"Komandamız oyuna tam hazırdır. Rəqibi artıq daha yaxından tanıyırıq. Oyunu təhlil etmişik. Baxmayaraq ki, uzun yol qət etmişik. Bununla belə, inanıram ki, futbolçularımız matça qədər özlərini tam hazır hiss edəcəklər. Hava soyuq olsa da, futbol üçün əlverişlidir. Heyətdə müəyyən dəyişiklik ola bilər".

Qeyd edək ki, "Qarabağ" "Vestri" kollektivini ilk matçda 3 cavabsız qolla məğlub edib.
OXŞAR XƏBƏRLƏR