Qurban Qurbanovdan gözlənilməz qərar - Köməkçisini işdən çıxardı

Qurban Qurbanovdan gözlənilməz qərar - Köməkçisini işdən çıxardı
İDMAN
18:48 08.02.2018
2037

Namiq Yusifov "Qarabağ"dan göndərilib.

Bir müddətdir Qurban Qurbanovun köməkçisi vəzifəsində çalışan Yusifov elə baş məşqçinin qərarı ilə vəzifəsindən kənarlaşdırılıb.

Əldə etdiyimiz məlumata görə, N.Yusifov komandayla birgə Antalyaya təlim-məşq toplanışına gedib. Elə toplanış zamanı da Q.Qurbanov köməkçisini vəzifəsindən uzaqlaşdırıb.

Qedy edək ki, N.Yusifov 2016-cı ildə futbolçu karyerasını başa vurduqdan sonra "Qarabağ”da məşqçi kimi fəaliyyətə başlamışdı.

Qeyd edək ki, N.Yusifovun "Qarabağ”dan çıxarılması barədə ilk dəfə "sportlife.az" saytı xəbər yayıb.

OXŞAR XƏBƏRLƏR