Qurban Qurbanovdan qələbə şərhi - “Hər şey planlaşdırdığımız kimi alındı”

Qurban Qurbanovdan qələbə şərhi - “Hər şey planlaşdırdığımız kimi alındı”
İDMAN
23:37 26.09.2018
5302
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasında "Zirə”yə evdə 3:2 hesabıyla qalib gəldikləri görüşdən sonra mətbuat konfransı keçirib.

AZXEBER.COM"Qafqazinfo”ya istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı əvvəlcə oyun haqda düşüncələrini bölüşüb:

"Vacib 3 xal qazandıq. Hər şey planlaşdırdığımız kimi alındı. "Zirə” çox yaxşı oyun göstərdi. Bugünkü oyuna görə öz yerlərində deyillər. İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı "Zirə” görəcəyik. Futbolçularımızı təbrik edirəm. İlin sonunadək həddən artıq sıx qrafikdəyik. İş rejimimizi daha da yaxşılaşdırmalıyıq. Bəlkə də ən çox peşəkar olduğumuz bu il olmalıdı. İnanıram ki, futbolçularımız bu çətin işin öhdəsindən gələcəklər”.

- Hələ ilk hissədə zədələnərək əvəzlənən Donald Geryenin vəziyyəti necədir?

- Onun çiyni çıxmışdı, həkimlər yerinə salıblar. Hələ ki, başqa məlumat yoxdur.

- Rəqib autsayderdi və ondan 2 qol buraxdınız.

- Hiss olundu ki, komandamız 2:0-dan sonra rahatlaşdı. Mirsahib Abbasov gözəl qollar vurdu. Xeyli qol imkanından istifadə edə bilmədik. Tez toparlandıq və futbolçularımız 3 xalı əldən vermədilər.

- Bu gün qapıda islandiyalıya yer verdiniz. Razı qaldınız?

- Mirsahibin qollarının hər ikisi çox gözəl oldu. İnanmıram ki, qapıçılıq bir şey olsun. Hər 3 qapıçıya əsas heyət oyunçusu kimi baxıram.

- Bu gün daha çox əsas heyət oyunçusu meydanda oldu...

- Əvvəlki oyunda xeyli futbolçuya istirahət vermişdik. Bu gün oynamayanları buraxmışdıq. İstəmirdik ki, çox formadan düşsünlər. Bəli, əsas heyət oyunçusu bu gün çox idi. Yenə düşünməyimiz lazım olacaq ki, heyəti necə quraq.

- "Keşlə”ylə oktyabrın 6-dakı matçı təxirə salacaqsınız?

- Oyunların təxirə salınmasını xoşlamıram. Ancaq oktyabrın 4-də "Arsenal”la oynayırıq. Bundan 2 gün sonra oynaya bilmərik. 7-nə keçirsək, millinin matçına hazırlaşmağa 4 gün vaxtımız olacaq. Sabahdan təxirə salınmayla bağlı müraciət edəcəyik. Çox istəyirik oynayaq. Ancaq elə bir an oldu ki, 2 gün sonra oynamaq mümkün deyil. Həm "Keşlə”, həm PFL-dən xahiş edəcyik ki, oyunumuz təxirə salınsın.

OXŞAR XƏBƏRLƏR