Qurban Qurbanovun AFFA-dan rədd etdiyi təzminatin məbləği - 1 milyon manat

Qurban Qurbanovun AFFA-dan rədd etdiyi təzminatin məbləği - 1 milyon manat
İDMAN
14:59 11.12.2018
6259

Ötən həftə milli ilə yolları ayrılan Qurban Qurbanov AFFA-dan təzminat tələb etməyib

AZXEBER.COM Yeniçağ.az-a istinadən xəbər verir ki, 46 yaşlı çalışdırıcı keçən il bağlanılan sözləşmənin yerdə qalan 5 illik ödənişini assosiasiyaya bağışlayıb.

Qurbanov bir daha bu addımı ilə millinin "sükanı arxası”na pul üçün keçmədiyini isbatlayıb.

Qurban Qurbanov yığmanın baş məşqçisi olaraq aylıq 17 min manat maaş alıb. Bu isə illik 204,000 manat deməkdir. Yəni, Qurbanovun AFFA-dan 1 milyon, 20 min manat tələb etməyə tam haqqı var idi.

OXŞAR XƏBƏRLƏR