Qurban Qurbanovun yığmadakı daha bir rəqibi müəyyənləşdi

Qurban Qurbanovun yığmadakı daha bir rəqibi müəyyənləşdi
İDMAN
15:59 05.01.2018
1842
Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.

AZXEBER.COM AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 30-da Türkiyənin Antalya şəhərində təşkil olunacaq qarşılaşmada rəqib Moldova yığması olacaq. 

Bu, baş məşqçi Qurban Qurbanovun millidə ilk sınağı olacaq. 

Qeyd edək ki, Azərbaycan yığması fevralın 2-də Gürcüstanla da yoldaşlıq oyunu keçirəcək. 
OXŞAR XƏBƏRLƏR