Qurbanəli Ömərin daha bir uğuru

MƏDƏNİYYƏT
02:05 28.05.2013
1820

“Gənclərin Söz Birliyi”nin “Ömür” antologiyası işıq üzü görüb

“Gənclərin Söz Birliyi” İctimai Birliyi növbəti uğurlu layihəyəsini reallaşdırıb. Gənc yazarlara dəstək məqsədi ilə Birlik gənc yazarların əsərlərindən ibarət antologiya hazırlayıb. Antologiyada 30- dan artıq müəllifin çeşidli şeir, esse və hekayəsi çap olunub. Kitabda fərqli təfəkkürə , dünyagörünüşünə malik Bakı, Sumqayıt, Mingəçevir şəhərlərindən, rayonlardan o cümlədən Türkiyə, Güney Azərbaycan , İraq ( Kərkük), Rusiya (Moskva və Sankt Peterburq), Belorusiya, Fransa ( Korsika) olan gənc azərbaycanlı yazarların əsərləri toplanıb. Layihənin ideya müəllifi Qurbanəli Ömər, redaktoru İsmayıl İmanzadə, naşiri Müşfiq XAN, icraçısı Nizami Məmmədli, korrektoru Vüsalə Şükürsoy, Meneceri Fərəhbanı Niftəliyeva, rəssamı Seymur Abdullayevdir. Kitabda hər bir yazarın fotoşəkli, geniş yaradıcılıq tərcümeyi halı və əsərlərinə dair maraqlı illustrasiylar yerləşdirilib. Kitab hədəf nəşrlərində çap olunub.Xatırladaq ki, “Gənclərin Söz Birliyi” İB 2010- cu ildə Mingəçevir şəhərində təsis olunub. Hazırda Birliyin 500- dən artıq üzvü var. Təşkilatın əsas məqsədi yaradıcı və istedadlı gənclərə dəstək olmaq, onları düzgün istiqamətləndirmək, təbliğinə və tanıdılmasına nail olmaqdır.

OXŞAR XƏBƏRLƏR