“Qurbanlıq heyvanların ənənəyə uyğun kəsilməməsi yolverilməzdir” - Mübariz Qurbanlı

“Qurbanlıq heyvanların ənənəyə uyğun kəsilməməsi yolverilməzdir” - Mübariz Qurbanlı
SOSİAL
12:46 21.08.2018
5212
Qurbanlıq heyvanların qaydalara uyğun olmayan formada kəsilməsi yolverilməzdir.

AZXEBER.COM xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı qeyd edib ki, Azərbaycanda Qurban bayramı tarixən qeyd olunub və bu bayramda heyvanların kəsilməsi qaydaları nəsildən-nəsilə ötürülüb:

"Hesab edirəm ki, bu qaydaları hər kəs bilir. Ancaq kimsə qurbanlıq heyvanların kəsim qaydalarını bilmirsə, bu işi bilənə həvalə etsin. Qurban kəsimi qaydaları ilə internetdən də tanış olmaq olar. Eyni zamanda bu qaydaları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinə də zəng edərək öyrənə bilərlər".

Qeyd edək ki, avqustun 22-23-də Azərbaycanda Qurban bayramı qeyd olunur.
OXŞAR XƏBƏRLƏR