Qurbanlıqdan meymunçiçəyi keçə bilər? - Mütəxəssis AÇIQLADI

SAĞLAMLIQ
16:26 08.07.2022
384
Qurban bayramının gəlişi ilə vətəndaşlar "Qurbanlıqdan meymunçiçəyi virusu keçə bilər?" sualı ilə bağlı narahatlıq yaşayır.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, "Haber Global”a danışan Yoluxucu Xəstəliklər Mütəxəssisi Duran Tok bununla bağlı açıqlama verib. 

"Ət vasitəsilə yoluxma yalnız gəmiricilərlə ola bilər. Ancaq qəssabın əlində yara olması bu virusun yayılmasına şərait yarada bilər”, - deyə o bildirib.

Tok indiyə qədər mal-qaradan heç bir yoluxma olmadığını da vurğulayıb:

"Qəssabların əllərində yara varsa, qurbanlıqlara toxunmamalı, əlcəkdən istifadə etməlidir, digər insanlar da mütləq əlcəkdən istifadə etməlidir".
 
Ayşən

OXŞAR XƏBƏRLƏR