Cavid Qurbanov bu vəzifədən gedir: Yerinə general gəlir...

İDMAN
11:32 11.04.2023
8471
Azərbaycanda daha bir idman federasiyasının prezidenti dəyişir.

AZXEBER.COM Qol.az-a istinadən xəbər verir ki, bu gün Gənclər və İdman Nazirliyində Voleybol Federasiyasının prezidentliyinə seçki keçiriləcək.

2016-cı ildən qurumun prezidenti olan Cavid Qurbanov vəzifəsindən ayrılacaq. Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti isə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov olacaq.

Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan Cavid Qurbanov bugünlərdə Azərbaycan Atletika Federasiyanın prezidenti seçilib.
OXŞAR XƏBƏRLƏR