"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Çelsi”nin düşərgəsinə yollanacaq.
AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, o, London klubunun düşərgəsində bir neçə gün olacaq və komandanın məşqlərini izləyəcək.
Bununla bağlı Qurbanov fikrini də bildirib: "Mən həmişə lider məşqçiləri izləməyi sevirəm. Ona görə də "Çelsi”ni seçdim. Maraqlıdır ki, Antonio Kontenin uğurlarının səbəbi nədir. Bu məqsədlə məşqləri izləmək üçün ora gedəcəm”.