Futbol üzrə milli komandanın baş məşqçi vəzifəsinin müvəqqəti icra edəcək şəxsin adına aydınlıq gəlib.
AZXEBER.COM-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda müvəqqəti olaraq baş məşqçinin köməkçisi Mahmud Qurbanova həvalə olunub.
Qeyd edək ki, yığma komandamızın baş məşqçisi Berti Foqts oktyabrın 16-da istefa ərizəsi yazmışdı. AFFA rəhbərliyi istefa ərizəsini qəbul etmişdi.