Qurbanov xarici klublardan ona gələn təkliflərdən danışdı: "Mən "Qarabağ"a çox bağlıyam"

İDMAN
16:12 15.03.2024
200
"Mən Qarabağa çox bağlıyam".

Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

O, xarici klublardan gələn təkliflərin onu maraqlandırmadığını vurğulayıb:

"Hazırda bu barədə fikirləşmirəm. Mən dəfələrlə birləşdirmişəm ki, mənim özümə yox, Azərbaycana marağın olmasına sevinirəm. Əgər bu komanda haqqında danışılırsa, bu komandanın oyunçularına diqqət ayrılırsa deməli burada maraqlanırlar, bu oyunçular harada oynayırlar. Belə olanda Azərbaycanın adı çəkilir. Mənim özümçün inanın ki, maraqlı deyil mənimlə kim maraqlanır, kim maraqlanmır. Mən bu komandaya çox bağlıyam, sadiqəm".

Xatırladaq ki, bir müddət öncə mətbuatda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova bir sıra xarici komandalardan təkliflərin olduğu barədə iddialar yayılmışdı.

OXŞAR XƏBƏRLƏR