Qurbanqulu Berdiməhəmmədov istefa verdi

DÜNYA
12:24 18.08.2013
2201

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Demokratik Partiyasının VII qurultayında partiya rəhbərliyindən azad olunmaq haqqında qərar qəbul edib. Trend-in məlumatında görə, bu barədə Türkmənistan hökuməti xəbər yayıb.

"Ölkədə siyasi sistem formalaşır və müxtəlif düşüncəli partiyalar yaranır. Hər kəs və istənilən partiya üçün bərabər fəaliyyət şəraitinin yaradılması üçün mən Türkmənistan prezidenti olduğum müddətdə partiyaya olan üzvlüyümü dondurmaq haqqında qərar qəbul etdim" - deyə Türkmənistan prezidenti deyib.

Onun sözlərinə görə, cəmiyyət inkişafın müxtəlif mərhələlərinə daxil olduğundan prezident Konstitusiyaya riayətin zəmanəti kimi partiyaya üzv olmamalıdır.

OXŞAR XƏBƏRLƏR