Çinin paytaxtı Pekində insanların və nəqliyyat vasitələrinin üzərinə qurd yağdırması şəklində gündəmdə olan video görənləri heyrətə gətirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bir çox ölkədə gündəm yaradan hadisədən sonra sözügedən vəziyyətin səbəbi ilə bağlı iki iddia irəli sürülüb.
Bunlardan birincisi qurd olduğu iddia edilən obyektlərin əslində tut fidanı olaraq bilinən bir bitki olduğu düşünülüb. Tut fidanının yarpaqlarının yağış və küləyin təsiri ilə bu şəkildə yerə çırpıldığı güman edilir.
İkincisi isə qurd olduğu düşünülən hissələrin əslində qovaq çiçəkləri olduğuna inanılır.
Araşdırmalar davam edir.
Ayşən