“Qurumların əksəriyyəti əlillərin işləməsi üçün kvotaya əməl etmirlər” – Qənirə Paşayeva

“Qurumların əksəriyyəti əlillərin işləməsi üçün kvotaya əməl etmirlər” – Qənirə Paşayeva
SOSİAL
10:30 01.06.2018
3309
Millət vəkili Qənirə Paşayeva MM-də Qarabağ qazilərinin işlə təminatı problemlərini və Tovuzla bağlı bir sıra məsələləri qaldırıb və qurumları onların həllində fəal olmağa çağırıb.
 
Bu gün MM-də "2017-ci il Dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası Qanununun müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva deputat seçildiyi Tovuz rayonunun bir sıra problemlərini qaldıraraq hökumət üzvlərini onların sürətli həllində fəal olmağa çağırıb.
 
Millət vəkili Qənirə Paşayeva ilk öncə təmir-bərpa işləri başa çatdırılmayan Tovuz rayonu Nizami adına klub və tikintisi hələ davam edən Aşıq muzeyindən danışıb və hər iki müəssisənin tezliklə əhalinin istifadəsinə verilməsi üçün hökumət üzvlərini vəsait ayırmağa və işləri sürətlə başa çatdırmağa çağırıb.

Hər iki mədəniyyət müəssisəsinin rayon üçün əhəmiyyətini vurğulayan millət vəkili Qənirə Paşayeva bu ilin sonuna qədər Tovuz rayonu Nizami adına klubunun təmir-bərpa işlərinin və Aşıq muzeyinin tikintisinin yekunlaşdırılaraq açılışlarının keçirilməsinin vacibliyini vurğulayıb. Millət vəkili Qənirə Paşayeva çıxışında Qarabağ qaziləri və əlilləri ilə ötən gün keçirdiyi görüşündə onların bütün əlillərin, özəlliklə Qarabağ müharibəsi əlillərinin işlə bağlı üzləşdiyi ciddi problemlərinin olduğunu bildirdiklərini dedi və müvafiq qurumları onların işlə təmin edilməsi məsələsinə xüsusi diqqət ayırmağa və addımlar atmağa çağırıb: "Məşğulluq haqqında qanunda hər bir qurumda əlillərin işləməsi üçün kvota müəyyənləşib, amma demək olar ki qurumların əksəriyyəti bu məsələyə riayət etmirlər. Ona görə də əlillər işlə bağlı ciddi problemlə üzləşirlər və dəstək gözləyirlər. Əlillər üçün nəzərdə tutulan kvotalara müəssisələrin əməl etməsi istiqmətində ciddi dönüş yaratmaq üçün ciddi işlər görülməlidir. Əlillər cəmiyyətimizin ən həssas təbəqəsidir və onların iş yeri ilə təmin olunmasına daha çox çalışmalıyıq, onlara dəstəyi ciddi şəkildə artırmaq lazımdır. Vətənimiz, torpaqlarımız uğrunda sağlamlığını itirmiş Qarabağ müharibəsi veteranlarının, əlillərinin işlə təminatı çox vacibdir, çünki bu insanların işlə təminatında üzləşdikləri çətinliklərin həll edilməməsindən ailələri çox əziyyət çəkir, buna görə də müvafiq qurumları bu məsələyə xüsusi diqqət göstərməyə çağırıram”.

Millət vəkili Qənirə Paşayeva müəllim ixtisası üzrə təhsil almış bir sıra əlil gənclərin iş tapmaqda üzləşdiyi çətinliklərdən danışıb və Təhsil nazirini bu məsələlərin həllinə çağırıb.

 Millət vəkili Qənirə Paşayeva sahibkarlar tərəfindən hüquqları pozulan və əmək müqaviləsi olmadan işləyən işçilərin hüquqları məsələsinə də toxunub: ” "Təbii hamımız istəyirik ki, sahibkarlıq daha da inkişaf etsin. Çünki iqtisadiyyatın inkişafı, iş yerlərinin açılması üçün bu çox vacibdir. Hamımız sahibkarla qarşı süni maneəler, qanunsuz yoxlamaların əleyhinəyik, amma sahibkarlar tərəfindən işçilərin hüquqlarının pozulmasının da əleyhinəyik. Bu gün özəl sektorda əmək müqaviləsi olmadan çalışan və ya əmək haqları əmək müqaviləsində az göstərilən insanların sayı az deyil. Sabah bu insanlar pensiyaya çıxanda necə olacaq? Eyni zamanda əmək müqaviləsi olmadan çalışan işçilərin sahibkarlar tərəfindən işdən çıxarıldığı zaman öz əmək hüquqlarını müdafiə etmə məsələsi də çox vacibdir və bu məsələyə Əmək və əhalinin sosial müdafiəsi nazirliyini daha böyük diqqət göstərməyə çağırıram.”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
Emma sürücülük hüququndan məhrum edildi
15:39 17.07.2025
Emma sürücülük hüququndan məhrum edildi
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
15:33 17.07.2025
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR