Türkiyənin Dənizli vilayətinin Honaz rayonunda toyuq fermasında quş qripi aşkarlanıb.
AZXEBER.COM xəbər verir ki, rayonda bununla bağlı elanlar verilib və vətəndaşlardan ev quşlarını hinlərindən çıxarmamaq xahiş olunub.
Dənizlinin Honaz rayonunda sənaye quşçuluğu istehsalı həyata keçirilən toyuq fermasında quş qrupu aşkarlanıb. Toyuqlardan götürülən nümunələr müsbət çıxdıqdan sonra Rayon Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Müdirliyi elan və reklamlarla vətəndaşları evlərindən quşları çıxarmamağa çağırıb. Xəstəliyin görüldüyü müəssisə karantinə alınarkən, toyuqların kəsilməsinə başlanıldığı öyrənilib.
Digər tərəfdən, Afyon sərhədlərindəki bir quşçuluq evində də oxşar hadisəyə rast gəlindiyi və bu bölgədə tədbir görüldüyü məlum olub.
Ayşən