Quş qripinə yoluxmada son 7 ilin pik həddi

Quş qripinə yoluxmada son 7 ilin pik həddi
DÜNYA
23:09 20.10.2022
325
ABŞ-da quş qripinə yoluxma halları artmaqdadır.

AZXEBER.COM ABŞ Milli Vəhşi Təbiət Sağlamlığı Mərkəzinin (NWCH) son hesabatına əsasən xəbər verir ki, bu il H5N1 adlı quş qripi epidemiyasında rekord sayda toyuq və hinduşka tələf olduğu halda, xəstəlik təsərrüfat heyvanlarından sonra bir çox çöl quşunda da müşahidə edilib.

NWCH hesabatında deyilir: "Şimali Amerikada H5N1 virusunun ilk aşkarlanması 2021-ci ilin dekabrında Kanadanın Nyufaundlend və Labrador bölgələrində baş verib və daha sonra həm Kanadada, həm də Birləşmiş Ştatlarda vəhşi quşlarda, ev və ticarət ev quşlarında və vəhşi məməlilərdə aşkar edilib" 

Hesabatda Kanadadan ABŞ-a uçan köçəri quşların quş qripinin yayılmasında və vəhşi heyvanlarda baş verməsində təsirli olduğu təxmin edilir.

Aydın
OXŞAR XƏBƏRLƏR