Qusar sakini yeni il girən kimi özünü asdı

Qusar sakini yeni il girən kimi özünü asdı
Bütün Xəbərlər
13:06 01.01.2012
2289

İlin ilk intihar faktı Qusar rayonunda qeydə alınıb.

Bu gün səhər Qusarın Rusiya ilə sərhəddə yerləşən Samur qəsəbəsində 30 yaşlı Əhmədxanov Taqir Umaxan oğlu özünü asıb. 

Valideynləri səhər saat 8.30-da gəncin özünü həyətdəki ağacdan asmış vəziyyətdə görüblər. Dərhal Qusar rayon polis şöbəsinin Samur bölməsinə müraciət ediblər. Daha sonra hadisə ilə bağlı Qusar rayon polis şöbəsinə və Qusar rayon prokurorluğuna məlumat verilib. Qusar rayon polis şöbəsinin Samur bölməsinin rəisi Ədalət Qafarovun ANS PRESS-ə verdiyi məlumata görə, özünü asmış gənc subaydır. Hadisə baş verən gecə ailəsi ilə birlikdə Yeni ili qarşılayıb. Bol yeyib-içib. İntihar edən zaman içkili olub. Lakin onun inhtihar etməsinin səbəbləri aydın deyil.
OXŞAR XƏBƏRLƏR