Qusara istirahətə gedən 16 nəfər cərimələndi

Qusara istirahətə gedən 16 nəfər cərimələndi
SOSİAL
20:49 27.07.2020
945

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reydlər zamanı sərtləşdirilmiş karantin rejimi elan olunan şəhər və rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla rayona istirahətə gələn şəxslər barəsində tədbirlər görülüb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən qaydalarını pozan ümumilikdə 16 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib olunub və həmin şəxslər 200 manat miqdarında cərimələniblər.

Onlar arasında çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə enlər də olub.

OXŞAR XƏBƏRLƏR