Qusarda 10 otaqlı ev yanıb

Qusarda 10 otaqlı ev yanıb
SOSİAL
22:23 08.04.2018
4509
Qusarda yanğın olub.
AZXEBER.COM FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Şirvanovka kəndində ümumi sahəsi 256 m² olan ikimərtəbəli 10 otaqlı evdə baş verib.Nəticədə evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 18 m² sahədə yanıb, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 20 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR