Qusarda ev yanıb, nənə və yeddi yaşlı nəvəsi ölüblər

Qusarda ev yanıb, nənə və yeddi yaşlı nəvəsi ölüblər
SOSİAL
11:03 14.01.2023
130

Qusar rayonunun Qələcuq kəndində yanğın baş verib.

AZXEBER.COM "apa”-ya istinadən xəbər verir ki, kənd sakini Ənvər Əlirzayevə məxsus yaşayış evi yanıb.

Yanğın söndürüldükdən sonra hadisə yerində 68 yaşlı Zərəngül Əlirzayeva və yeddi yaşlı nəvəsinin yanaraq öldükləri müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR